Xəzər Xəbər

Putin Mahmud Abbasla görüşəcək

Dünya | 08:39 • 12 Fevral 2018
Putin Mahmud Abbasla görüşəcək

Rusiya prezidenti Vladimir Putin fevralın 12-də Moskvada Fələstin lideri Mahmud Abbasla görüşəcək.


Xezerxeber.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, fevralın 11-də Soçidə keçiriləcəyi gözlənilən görüşün vaxtı və yeri təyyarə qəzası səbəbindən dəyişdirilib.

Fələstin liderinin xarici siyasət məsələləri üzrə müşaviri Nabil Şaas bildirib ki, görüşün əsas mövzusunun İsrail-Fələstin nizamlanmasının yeni çoxtərəfli formatının yaradılması məsələsi olacağı gözlənilir.

Onun sözlərinə görə, görüşdə həmçinin Fələstinə iqtisadi dəstəyin genişləndirilməsi məsələsi müzakirə ediləcəyi planlaşdırılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti