Xəzər Xəbər

Vaşinqton KXDR-lə danışıqlara hazır olduğunu bəyan edib

Dünya | 08:27 • 12 Fevral 2018
Vaşinqton KXDR-lə danışıqlara hazır olduğunu bəyan edib

Vaşinqton KXDR-ə təzyiq göstərməkdə davam edəcək, lakin danışıqlara hazırdır.

Xezerxeber.az-ın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

"Maximal təzyiq göstərmək kampaniyası davam etdiriləcək və daha intensif olacaq. Amma əgər siz danışmaq istəsəniz - danışacağıq". Bu barədə Pens "Washington Post" nəşrinə müsahibəsində bildirib.

Sanksiyaların aradan qaldırılması üçün Pxenyan tərəfindən hansı addımların atılmasına dair suala M.Pensin cavabı lakonik olub: "Bilmirəm. Dnışıqlar da elə bunun üçün gərəkdir".


Qeyd edək ki, ABŞ məsələ ilə bağlı rəsmi mövqeyini dəfələrlə açıqlayıb: KXDR əvvəlcə nüvə və raket proqramlarından imtina etməlidir, bundan sonra Vaşinqton danışıqlara razılıq verəcək".

Xəbər lenti