Xəzər Xəbər

Putin tapşırıq verdi Qəzaya görə komissiya yaradılır

Dünya | 17:57 • 11 Fevral 2018
Putin tapşırıq verdi

Rusiya prezidenti Vladimir Putin "An-148" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan şəxslərin yaxınlarına başsağlığı verib.

"RİA novosti" agentliyi xəbər verir ki, Putin qəzanın səbəblərinin araşdırılması üçün xüsusi komissiyanın yaradılmasını tapşırıb.

Qeyd edək ki, Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan sonra Orsk şəhərində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub.

Qəzaya uğrayan "An-148" təyyarəsində sağ qalanlar yoxdur.

Xəbər lenti