Xəzər Xəbər

Meksikada 5,9 bal gücündə zəlzələ

Dünya | 14:38 • 11 Fevral 2018
Meksikada 5,9 bal gücündə zəlzələ

Meksikada güclü zəlzələ olub.

"Reuters” xəbər verir ki, zəlzələ ölkənin qərbində yerləşən Manzanillo limanı yaxınlığında baş verib.

Zəlzlənin episentri limandan 50 km cənub-qərbdə, okeanın 10 km dərinliyində olub.

Barra de Navidad şəhərindəki Alondra otelinin işçisi otelin qonaqlarının zəlzələni 2 ayrı təkan şəklində hiss etdiklərini bildirib.

Dağıntı və zərərçəkənlərlə bağlı məlumat yoxdur.

Xəbər lenti