Xəzər Xəbər

“Zeytun budağı” əməliyyatı: öldürülən terrorçuların sayı 1266-ya çatıb

Dünya | 12:38 • 11 Fevral 2018
“Zeytun budağı” əməliyyatı:

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı yeni məlumat açıqlanıb.

XəzərXəbər xəbər verir ki, Türkiyənin Baş Qərargahının yaydığı məlumata görə, "Zeytun budağı” əməliyyatının 23-cü günündə terrorçuların 19 hədəfi məhv edilib.

Əməliyyatlarda indiyədək 1266 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində "Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

Xəbər lenti