Xəzər Xəbər

Tillersonun Yaxın Şərq turnesi başlayır

Dünya | 11:42 • 11 Fevral 2018
Tillersonun Yaxın Şərq turnesi başlayır

ABŞ-ın dövlət katibi Reks Tillersonun Yaxın Şərq turnesi başlayır.

Turne çərçivəsində İordaniya, Türkiyə, Livan, Misir və Küveytə səfərlər nəzərdə tutulub.

Turne fevralın 11-dən 16-dək davam edəcək.

Qeyd olunan ölkələrin rəhbərliyi ilə danışıqlar zamanı ikitərəfli münasibətlər, təhlükəsizlik və terrorla mübarizə məsələləri müzakirə ediləcək.

Turne çərçivəsində həmçinin iki geniş mətbuat konfransının keçirilməsi nəzərdə tutulub./publika.az

Xəbər lenti