Xəzər Xəbər

Türkiyə 11 şəhidin intiqamını aldı FOTO

Dünya | 11:19 • 11 Fevral 2018
Türkiyə 11 şəhidin intiqamını aldı

Ötən gün Afrində 11 əsgəri şəhid olan Türkiyə ordusu terrorçulara ağır zərbələr endirib.

Gecə saatlarında PKK, PYD qruplaşmasının mövqeləri bombardman edilib. Partlayış səsləri sərhədboyu bölgələrdə eşidilib.

Havadan və qurudan edilən hücumlar nəticəsində xeyli sayda terrorçunun məhv edildiyi bildirilib.

Türkiyə Baş Qərargahının yaydığı son məlumata görə, Afrində bu günədək 1180 terrorçu öldürülüb. Hazırda "Zeytun budağı" əməliyyatı uğurla davam edir.



Qeyd edək ki, ötən gün Suriyanın Afrin bölgəsində Türkiyəyə məxsus hərbi helikopter vurulub. Nəticədə 2 pilot həlak olub. Ümumilikdə ötən gün Türkiyə ordusunun 11 əsgəri şəhid olub, bir neçə hərbçi yaralanıb./azvision.az

Xəbər lenti