Xəzər Xəbər

Afrində Türkiyənin 11 əsgəri şəhid olub

Dünya | 10:57 • 11 Fevral 2018
Afrində Türkiyənin 11 əsgəri şəhid olub

Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" antiterror əməliyyatında şəhid olan Türkiyə əsgərlərinin sayı artıb.

XəzərXəbər Türkiyə Ordusunun Baş Qərargahının yaydığı məlumata istinadən bildirir ki, bu gün əməliyyatlar zamanı 11 türk əsgəri şəhid olub, 39 terrorçu öldürülüb.

***
Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrində həyata keçirilən "Zeytun budağı" əməliyyatı ilə bağlı günün hesabatını açıqlayıb.

"Anadolu" agentliyi xəbər verir ki, Türkiyə Baş Qərargahının yaydığı məlumata görə, Afrində öldürülən terrorçuların sayı 1167-yə çatıb.

Əməliyyatlar zamanı gün ərzində 7 türk əsgəri şəhid olub, 9 hərbçi yaralanıb.

PKK, PYD, YPG, İŞİD qruplaşmalarına məxsus 36 hədəfə aivazərbələr endirilib, gün ərzində 94 terrorçu məhv edilib. Bundan əlavə Deyr Ballut kəndi yaraqlılardan azad edilib.

Qeyd edək ki, bu gün Suriyanın Afrin bölgəsində Türkiyəyə məxsus hərbi helikopter vurulub. Nəticədə 2 pilot həlak olub.

Xəbər lenti