Xəzər Xəbər

Türkiyə-Aİ sammitinin yeri və tarixi məlum oldu

Dünya | 12:08 • 7 Fevral 2018
Türkiyə-Aİ sammitinin yeri və tarixi məlum oldu

Aİ Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Aİ Şurasına sədrlik edən Bolqarıstanın Baş naziri Boyko Borisov 26 martda Bolqarıstanın Varna şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gələcək.

Bu barədə Avropa Şurasının rəsmi nümayəndəsi Preben Aamanın Twitter hesabında dərc edilən Donald Tuskun və Jan-Klod Yunkerin Türkiyə liderinə ünvanladığı məktubda deyilir.

Məktubda sözügedən görüşün ümumi maraqların müəyyənləşdirilməsi və ikitərəfli münasibətlərin inkişaf yollarının müzakirə edilməsi üçün yaxşı bir fürsət olduğu qeyd edilir. (trend)

Xəbər lenti