Xəzər Xəbər

Mikroavtobus buzun altına düşdü: 3 ölü

Dünya | 12:07 • 7 Fevral 2018
Mikroavtobus buzun altına düşdü:

Estoniyada mikroavtobus buzun altına düşüb. Qəza nəticəsində azı üç nəfər ölüb, iki nəfər xilas edilib.

XəzərXəbər xəbər verir ki, hadisə fevralın 6-da Rijski körfəzində, sahildən 500 metr aralıda baş verib.

Mikroavtobus Maniya adası istiqamətində hərəkətdə olub. Bildirilir ki, nəqliyyat vasitəsi buzun üzərinə çıxan kimi, əməli olaraq həmin an suyun altına düşüb.

Hadisə yerində dənizin dərinliyi təqribən 4 metr təşkil edir.

Mikroavtobusda 6 nəfər olub, 1 sərnişini tapmaq hələ də, müyəssər olmayıb. Onun axtarışları fevralın 7-də davam etdiriləcək. (Report)

Xəbər lenti