Xəzər Xəbər

ABŞ dövlət katibi kokainə görə Kolumbiyaya getdi

Dünya | 12:05 • 7 Fevral 2018
ABŞ dövlət katibi kokainə görə Kolumbiyaya getdi

ABŞ dövlət katibi Reks Tillerson narkotik vasitə olan kokainin istehsalını müzakirə etmək üçün Kolumbiyaya səfər edib.

Bu barədə Dövlət Departamentinin saytında dərc olunmuş məlumatda bildirilir.

"Dövlət katibi Tillerson Boqotada səfərdədir. Məqsəd kokain istehsalı ilə Kolumbiyanın apardığı mübarizəyə ABŞ-ın qoşulmasını müzakirə etməkdir”, - deyə Dövlət Departamentinin nümayəndəsi Xizer Noyert bildirib.

Qeyd edək ki, Kolumbiyada noyabrda ölkə tarixində ən iri kokain partiyası müsadirə edilib./publika.az

Xəbər lenti