Xəzər Xəbər

Ölkəmizin adını dəyişməyə hazırıq Baş nazir

Dünya | 11:50 • 7 Fevral 2018
Ölkəmizin adını dəyişməyə hazırıq
Ötən gün Makedoniyanın baş naziri Zoran Zaev paytaxt Skopyada verdiyi açıqlamada qonşu Yunanıstanla çoxdankı mübahisəni həll etməkdən ötrü ölkənin adını dəyişməyə hazır olduqlarını bildirib.

"Biz ölkəmizin adında coğrafi dəqiqlik aparmağa hazırıq", - baş nazir bildirib.

Hökümətin ehtimal siyahısında - Şimali Makedoniya, Yeni Makedoniya, Yuxarı Makedoniya adları müəyyənləşdirilib. Rəsmi Skopya ölkənin adını dəyişdirməkdən ötrü referenduma hazır olduqlarını da açıqlayıb.

Qeyd edək ki, Makedoniya adı dövlətin Avropa İttifaqı və NATO-ya üzvlüyünə mane olur. Rəsmi Afina eyni adlı ərazinin Yunanıstanda olduğunu əsas göstərərk, rəsmi Skopyedən dövlətin adının dəyişdirlməsini tələb edir. Yunanıstanın vetosuna görə Makedoniya həmin qurumlara üzv qəbul olunmur. /Faktxəbər

Rubrikanın digər xəbərləri

Xəbər lenti