Xəzər Xəbər

“Afrini ABŞ-la müzakirə etməyəcəyik” Çavuşoğlu

Dünya | 11:26 • 7 Fevral 2018
“Afrini ABŞ-la müzakirə etməyəcəyik”

"Rəsmi Ankara Vaşinqtonla Suriyanın Afrin bölgəsindəki əməliyyatı müzakirə etməyəcək”.

XəzərXəbər xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. "Afrində amerikalı hərbçilər yoxdur. Ola bilsin ki, ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları orada vaxtaşırı olur. Buna görə də bizim ABŞ-la Afrin mövzusunu müzakirə etməyə ehtiyacımız yoxdur”-deyə XİN rəhbəri deyib.

O, ABŞ-ın PYD/YPG terrorçu qruplaşmalarına silah verməsinin düzgün addım olmadığını və bunun iki ölkə arasında mövcud olan münasibətlərə mənfi təsir edəcəyini bldirib: "Əgər biz müttəfiq ölkəyiksə ABŞ bu addımı atmalıdır. Əgər ABŞ bunu etməsə və təhlükəni aradan qaldırmasa, onda biz özümüz bu təhlükəni məhv etməliyik”.

Xəbər lenti