Xəzər Xəbər

Sobçak: NATO Rusiya üçün təhlükə deyil

Dünya | 10:37 • 7 Fevral 2018
Sobçak:
Rusiya Federasiyasında prezidentliyə namizəd Kseniya Sobçak Vaşinqtonda milli mətbuat-klubunda çıxışı zamanı bildirib ki, NATO alyansında Rusiya üçün təhlükə görmür. Rusiyalı tanınmış jurnalist əlavə edib ki, ölkəsi Avropa sisteminin bir hissəsidir və Şimali Atlantik Müqaviləsi Təşkilatı və Avropa qurumları ilə qarşılıqlı əməkdaşlıq vacibdir.

Kseniya Sobçak Gürcüstan və Ukraynanın NATO-ya üzv olması ilə bağlı sualı cavablandırarkən deyib ki, bu, müstəqil dövlətlərin cəhd göstərməsidir. Onun fikrincə, Rusiya bu planda heç bir addım atmamalıdır, çünki söhbət suveren ölkələrdən gedir./Faktxəbər

Xəbər lenti