Xəzər Xəbər

Yaponiyada güclü qar: ciddi fəsadlar yaratdı

Dünya | 18:06 • 6 Fevral 2018
Yaponiyada güclü qar:

Yaponiyanın qərb sahillərinə yağan güclü qar nəqliyyatın hərəkətində ciddi problemlər yaradaraq insanların həyatını çətinləşdirib.

NHK telekanalı xəbər verir ki, Yapon dənizi sahilində yerləşən bir çox rayonlara rekord miqdarda qar yağması qeydə alınıb.

Fevralın 6-a olan məlumata görə, Hakusan şəhərində qarın qalınlığı 1,6 metrə, Fukui şəhərində 1,3 metrə, Kanazava şəhərində isə 70 santimetrə çatıb.

Fukui şəhərinə 1981-ci ildən bəri ən güclü qar yağıb. Buraya adətən olduğundan altı dəfə çox qar yağdığı bildirilir.

Regionda hərəkət dayanıb. Bir çox dəmir yolu xətlərinin hərəkəti dayandırılıb, yalnız Hokuriku xətti üzrə Şinkansen qatarları hərəkət edir. Qartəmizləyici texnika yağan qarı kənarlaşdıra bilmədiyinə görə avtomobil magistralları bağlanıb, yerli yollar həddindən artıq yüklənib. Regionda yerləşən hər iki aeroportda bütün reyslər təxirə salınıb.

Bir çox ibtidai və natamam məktəblər bağlanıb. Beş nəfərin xəsarət aldığı, 150 evin elektrik enerjisiz qaldığı bildirilir.

Yaponiya Mərkəzi Meteorologiya İdarəsi xəbərdarlıq yayaraq bildirib ki, regionun bəzi hissələrində fevralın 7-də səhər saatlarınadək daha 80 santimetr qar düşəcəyi gözlənilir.

Xəbər lenti