Xəzər Xəbər

Ərdoğan onu alçaltmaq istəyən Papaya yerini göstərdi – Prezidentdən sərt reaksiya

Dünya | 15:50 • 6 Fevral 2018
Ərdoğan onu alçaltmaq istəyən Papaya yerini göstərdi

Papa Fransiskin Vatikana səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hörmətsizlik etdiyi iddia edilir.

Son 59 ildə Vatikana səfər edən ilk Türkiyə prezidenti kimi tarixə düşən Ərdoğanın Papa Fransisk ilə görüşü 1 saatdan çox davam edib.

Türkiyə KİV-də yazılan xəbərlərdə iddia olunur ki, görüş zamanı Papa Fransisk Ərdoğanın stulunu öz stulundan alçaq qoyub.

Bu görən Ərdoğan sərt reaksiya verib. O, dərhal stulun dəyişdirilməsini və Papa Fransiskin stulu ilə eyni səviyyədə qoyulmasını tələb edib.

Stul dəyişdirilib və Papa Fransiskin yanına qoyulub./BAKU.WS

Xəbər lenti