Xəzər Xəbər

Əsəddən təhdid kimi HƏMLƏ Türkiyənin təyyarələri VURULACAQ?

Dünya | 13:08 • 6 Fevral 2018
Əsəddən təhdid kimi HƏMLƏ

Suriya ordusu Hələb və İdlib əyalətlərində yeni hava hücumundan müdafiə sistemləri və zenit raketləri yerləşdirib.

Bu haqda Suriya ordusundakı yüksək rütbəli hərbçilərdən biri "Röyters” agentliyinə bildirib.

Hava hücumundan müdafiə sistemləri və raketlərin Suriyanın şimalını əhatə etdiyini deyən hərbçi bunu "hər kəsə verilən mesaj” olaraq xarakterizə edib.

Xatırladaq ki, Dəməşq Afrində həyata keçirilən "Zeytun budağı” əməliyyatının başlanmasından əvvəl Türkiyəni təhdid etmiş və Suriyanın hava məkanına daxil olacaq Türkiyə təyyarələrini vuracağını bildirmişdi.

"Suriyanın hava hücumundan müdafiə sistemləri ölkəyə hücum etmək istəyən Türkiyə təyyarələrini yox etməyə hazırdır”, - Suriyanın dövlət televiziyasına danışan ölkənin xarici işlər nazirinin müavini Faysal Mektad söyləmişdi.

Qeyd edək ki, "Zeytin budağı” əməliyyatının keçirildiyi Afrin Hələb vilayətinin bir hissəsini təşkil edir./publika.az

Xəbər lenti