Xəzər Xəbər

Pentaqon 800 milyon dolların izini itirdi

Dünya | 12:37 • 6 Fevral 2018
Pentaqon 800 milyon dolların izini itirdi

BBC bildirir ki, "Ernst və Young" şirkəti 2016-cı ilin sentyabrında başa çatan maliyyə ilində ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Müdafiə Logistika Agentliyinin 800 milyon dolların hesabatını verə bilmədiklərini təsbit edib.

Hərbi tikinti layihələri və kompyuter sistemləri üçün pul istifadə olunduğunu iddia edən Müdafiə Logistika Agentliyinin səlahiyyətliləri xərcləri təqib edə bilmədiklərini etiraf ediblər.

700 milyard dollarlıq illik büdcəsi olan ABŞ Müdafiə Nazirliyi heç vaxt tam hesabat verməyib.

ABŞ prezidenti Donald Tramp və Konqresdəki Respublikaçılar Pentaqona dəstək verirlər.

Pentaqonun ən böyük nümayəndəliklərindən biri olan ildə Müdafiə Logistika Agentliyi 40 milyard dollarlıq büdcəyə malikdir və burada 25 min adam çalışır./AzNews.Az

Xəbər lenti