Xəzər Xəbər

Kəndinə qayıdanlara 300 qoyun veriləcək Türkiyədə

Dünya | 12:28 • 6 Fevral 2018
Kəndinə qayıdanlara 300 qoyun veriləcək
Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi kəndlərdən şəhərə axının qarşısını almaq üçün maraqlı aksiyaya start verib. Belə ki, kənd həyatını tərk edərək şəhərə gedən ailələr geri qayıtmaq müqabilində 300 qoyun alacaqlar.

XəzərXəbər-in "Yeni Şafak" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin kənd təsərrüfatı naziri Əşrəf Fakıbaba bildirib ki, doğma kəndlərinə qayıdan fermer ailələrə 300 damazlıq qoyun, heyvanlara baxanlar isə minimum əmək haqqı ilə təmin olunacaq.

"Hər bir ailəyə 300 damazlıq qoyun veriləcək. 300 ədəd qoyun alan şəxslər həmçinin minimum məvacib alacaqlar. Onların sığortası da ödəniləcək. Yem, dərman, baytarlıq ehtiyacı yaranarsa, bu da təmin olunacaq. Sadəcə kənddə ərazisi olanların mülkiyyət sənədini ipoteka olaraq alacağıq. Fermerlər 300 qoyun və 300 bala veriləcək. Bu balaların hamısı fermerə aid olacaq. Geri ödəniş 300 ədəd doğulacaq körpə ilə başlayacaq. Bu balalar bir neçə aydan sonra hər biri 700-800 lirəyə (313-358 AZN) satıla biləcək. Bu isə il ərzində 210 min lirə (94 min 101 AZN) edir. Bu böyük maliyyədir. Fermer istəsə, bu balaları bizə sata və borcunu ödəmiş ola bilər",-deyə türkiyəli nazir əlavə edib.

Xəbər lenti

Çox oxunanlar