Xəzər Xəbər

Britaniya elitasında mason lojalarının fəaliyyəti ifşa olunub

Dünya | 12:21 • 6 Fevral 2018
Britaniya elitasında mason lojalarının fəaliyyəti ifşa olunub

Böyük Britaniyanın Parlament üzvləri və nüfuzlu nəşrlərin aparıcı əməkdaşları mason lojalarının fəal üzvlərindəndir.

İngiltərənin The Guardian qəzetinin jurnalistləri bu iddiaları sübut edən sənədləri əldə ediblər.

«Yeni salamlaşma». Parlament deputatları və apparat əməkdaşlarından təşkil olunan loja məhz belə adlanır. Buranın azı 40 üzvü olduğu bildirilir. Maraqlıdır ki, Leborist Partiyasının bir üzvü belə bu lojada deyil. Anqcaq o da istisna olunmur ki, leyboristlər başqa lojaların tərkibinə daxildirlər.

Parlamentarilərdən heç biri rəsmi olaraq masonların fəaliyyətlərinə cəlb olunmasını etiraf etməyib. İngilis qanunlarına görə, bu vacib də deyil. Ancaq deputat özü könüllü şəkildə bunu etiraf edə bilər.

Byüök Britaniyanın aparıcı nəşrlərini təmsil edən siyasi icmalçılar «Qalereya lojası»na daxildirlər. Lojanın 45 nəfər üzvü var.

Masonlar öz fəaliyyətlərini heç zamanı açıq şəkildə elan etmirlər. Bu 7 möhür arxasında gizlədilən sirrdir.

Maraqlıdır ki, Parlamentarilərdən olan masonlar, jurnalistlər lojasından olan həmkarları ilə həvəssiz ünsiyyət qururlar.

Belə ehtimal edilir ki, masonlar dövlətin daxili siyasətinə qarışmaq üçün Rusiyaya girməyə aktiv şəkildə cəhd edirlər./faktxəbər

Xəbər lenti