Xəzər Xəbər

Madurodan yeni təklif gəldi

Dünya | 10:00 • 6 Fevral 2018
Madurodan yeni təklif gəldi

Venesuelanın prezidenti Nikolas Maduro OPEK-ə üzv olan bütün ölkələrin öz kriptovalyutasının olmasının faydalı olacağını düşünür.

"OPEK-in bütün üzvlərinə və OPEK-ə üzv olmayan ölkələrə neftlə dəstəklənən kriptovalyuta üçün birgə mexanizm hazırlamağı rəsmi olaraq təklif edəcəyəm", - deyə o bildirib.

Daha əvvəl Nikolas Maduro OPEK ölkələrinin qarşılıqlı razılıq əsasında neft qiymətlərinin sabitləşdirilməsi barədə danışıb.

O əlavə edib ki, neft hasilatının azaldılması üçün rejim ən azı 5 il işləməlidir.

Xəbər lenti