Xəzər Xəbər

İran Türkiyəyə olan təbii qaz borcunun hamısını ödəyib

Dünya | 18:22 • 5 Fevral 2018
İran Türkiyəyə olan təbii qaz borcunun hamısını ödəyib

İran 8 milyard kubmetr təbii qazı Türkiyəyə əvəzsiz göndərərək 1,9 milyard dollarlıq borcunun hamısını ödəyib.

AZƏRTAC Fars xəbər agentliyinə istinadla xəbər verir ki, İranın Türkiyəyə ixrac etdiyi təbii qazla bağlı borcunun hamısını ödədiyi və Türkiyənin bundan sonra alacağı qazın qarşılığını endirimsiz ödəyəcəyi bildirilir.

İran Milli Qaz Şirkətinin rəhbəri Hamid Reza Aragi deyib: "İran indiyə qədər Türkiyəyə 8 milyard kubmetr təbii qazı əvəzsiz göndərib. İran bundan sonra Türkiyəyə normal formada qaz ixrac etməyə davam edəcək və ödənişini alacaq”.

Qeyd edək ki, İrandan ildə 10 milyard kubmetr təbii qaz alan Türkiyə 2012-ci ildə baha qiymətə satış həyata keçirdiyi ilə əlaqədar İranı məhkəməyə vermişdi. Beynəlxalq Arbitraj Məhkəməsi isə 2016-ci ildə İranın əleyhinə, yəni Türkiyəyə ümumi satışının təxminən 13 faizi misli - 1,9 milyard dollar ödəməsi barədə qərar qəbul etmişdi.

İranın neft naziri Bijən Namdar Zəncənə keçən il İranın borcunu Türkiyəyə ixrac etdiyi qazın pulunu almayaraq ödədiyini söyləmişdi.

Xəbər lenti