Xəzər Xəbər

Milyarderdən ETİRAF: Kasıb olarkən xoşbəxt idim

Dünya | 16:49 • 5 Fevral 2018
Milyarderdən ETİRAF:
Çinin ən varlı şəxsi sayılan "Alibaba Group" şirkətinin sahibi Cek Ma etiraf edib ki, onun pulu olmayarkən özünü daha xoşbəxt hiss edib. Bu barədə "LADBİBLE" nəşri yazıb.

"Aliexpress" şirkətinin təsisçisi və rəhbəri həmçinin bildirib ki, universiteti bitirdiyi və ilk məvacibini qazandığı ərəfələr həyatından daha razı olub.

Cek Ma həmin vaxt universitetdə ingilis dili müəllimi işləyib və bunu həyatının ən yadda qalan anlarından hesab edir. Məlumata görə, çinli milyarder pedaqoq işlədiyi zaman 75 Yuan (20,25 AZN) məvacib alırmış.

Çinli iş adamı buna qədər də çıxışlarında qeyd edib ki, varlı olmaq onu xoşbəxt etməyib. O, 2015-ci ildə Nyu-Yorkun İqtisadi klubunda çıxış edərkən vurğulamışdı ki, kimin 1 milyon dollardan az pulu varsa, o, həmin pulları xərcələyə bilir: "Milyardlar isə sizə məxsus olmur. Mənim bugünkü sərvətim məsuliyyətdir. Bu insanların etibarıdır".

Xatırladaq ki, Cek Manın bu gün üçü sərvəti 47,2 milyard dollar təşkil edir./FaktXəbər

Rubrikanın digər xəbərləri

Xəbər lenti