Xəzər Xəbər

NASA kosmosda həyat qaynağı olan yer tapdı: SENSASİYALI KƏŞF

Dünya | 15:50 • 5 Fevral 2018
NASA kosmosda həyat qaynağı olan yer tapdı:

ABŞ Aviasiya və Kosmik Agentliyinin (NASA) mütəxəssisləri Saturn planetinin ən böyük peyki olan Titanın atmosferində həyat əlaməti olan yeni tapıntılara rast gəlib.

Titanın atmosefrindəki araşdırmaları davam etdirən mütəxəssislər bu peykdə mikroorqanizmlərin yaşamasına dair sübut tapıb.

Titanın səthindən 200 km yuxarıda tapılan "akrilonitril” (vinil siyanid) adlı yaşamın quruluş daşı hüceyrə memarlığının yaradılmasını təmin edən kimyəvi maddədir.

Araşdırmalara görə, "akrilonitril” molekullarına peykin cənub qütbündə daha çox rast gəlinir. Bu maddı -179 dərəcə temperaturda damcılar halına gəlir və maye metan qazı ilə örtülmüş göllərə düşür.

"New Scientist” dərgisində yayımlanan araşdırmaya görə, Titan gələcəkdə insanların yaşaması üçün lazım olan müxtəlif enerji qaynaqlarına sahib olacaq.

Con Hopkins Universitetinin alimi Ralp Lorens Titanın Marsdan sonra uzun müddət insanların həyatını davam etdirə biləcəyi ən əhəmiyyətli ikinci yer olduğunu qeyd etmişdi./Publika.az

Xəbər lenti