Xəzər Xəbər

İraqın 2018-ci il federal büdcəsi Bağdad-Erbil böhranını dərinləşdirir

Dünya | 14:45 • 5 Fevral 2018
İraqın 2018-ci il federal büdcəsi Bağdad-Erbil böhranını dərinləşdirir

İraq federal hakimiyyətinin 2018-ci il büdcəsində kürd bölgəsinin payının 17 faizdən 12 faizə endirməsi Bağdad ilə Erbil arasında yaşanan böhranı daha da dərinləşdirib.


AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, İraqın Baş naziri Heydər əl-Abadi Nazirlər Kabineti tərəfindən də təsdiqlənən bu ilki federal büdcədə kürd bölgə idarəsinə illərdən bəri ayrılan 17 faizlik büdcə payını 12,6-ya endirib. Baş nazirin bu qərarı ölkə parlamentində yer alan kürd qruplarının böyük etirazına səbəb olub. Kürd deputatlar büdcənin bu şəkildə parlamentdən keçməsinə "hə” deməyəcəklərini bildirirlər. Onlar ötən həftə əl-İbadi ilə iki dəfə görüşsələr də, heç bir nəticə alınmayıb.


Bununla yanaşı, büdcə layihəsində "Kürdüstan bölgəsi” ifadəsinin "İraqın şimal şəhərləri” ifadəsi ilə əvəzlənməsi Erbili qəzəbləndirib. Digər tərəfdən, İraq parlamentində 325 yerdən 180-ninə sahib olan Şiə beynəlxalq koalisiyası kürd bölgə idarəsinə 12,6 faizlik büdcə payı ayrılmasını razılıqla qarşılayıb.

Xəbər lenti