Xəzər Xəbər

Türkiyə tankına hücum zamanı 5 hərbçini şəhid edən terrorçular zərərsizləşdirilib

Dünya | 14:14 • 5 Fevral 2018
Türkiyə tankına hücum zamanı 5 hərbçini şəhid edən terrorçular zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin tankına hücum edən terrorçular pilotsuz uçan aparatla bombardman nəticəsində zərərsizləşdirilib.

"Report” "Haber7"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Onlar terrorçu PKK qruplaşmasının Suriyadakı YPG adlı dəstəsinin üzvləridirlər.

Türkiyə tankı yanvarın 4-də Şeyx Horoz dağında terrorçular tərəfindən vurulub. Terrorçuların istifadə etdiyi "tank qatili” adlı "Javelin” raketidir. Bu raketin ABŞ, Rusiya və ya Çinə aid olduğu ehtimal edilir. Hadisə ilə bağlı araşdırma aparılır. Bununla belə ABŞ uzun müdətdir PKK-nın Suriyadakı qollarına terrorçu İŞİD-ə qarşı mübarizə aparmaq adı altında silah-sursat və hərbi texnika verib. Rəsmi Ankara Vaşinqtonu PKK qruplaşmasının YPG və PYD adlı qollarına 5 min TIR silah-sursat və hərbi texnika verməkdə ittiham edir.

Baq Qərargahın məlumatına əsasən, Afrində keçirilən "Zeytun budağı” antiterror əməliyyat nəticəsində 947 terrorçu məhv edilib.

Xəbər lenti