Xəzər Xəbər

Yaponiyada hərbi helikopter qəzaya uğrayıb

Dünya | 14:01 • 5 Fevral 2018
Yaponiyada hərbi helikopter qəzaya uğrayıb

Yaponiya özünümüdafiə hava qüvvələrinin helikopteri Saqa prefekturasındakı ibtidai məktəbin yaxınlığında qəzaya uğrayıb.


AZƏRTAC xəbər verir ki, NHK telekanalının yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, insident yerli vaxtla saat 16:00 radələrində (Bakı vaxtı ilə 11:00) Kandzaki şəhərində baş verib. Helikopter yerə düşdükdən sonra yanıb. Həmçinin məktəbin yaxınlığındakı binalardan birində də yanğın baş verdiyi bildirilir. Qəza yerinə yanğınsöndürmə xidmətinin əməkdaşları və həkimlər göndərilib.


Hələlik başqa məlumatlar, o cümlədən zərər çəkənlər barədə informasiya verilmir. Qəzanın səbəbləri araşdırılır.

Xəbər lenti