Xəzər Xəbər

ABŞ öz qoşununu İraqdan çıxarmağa başlayıb

Dünya | 13:57 • 5 Fevral 2018
ABŞ öz qoşununu İraqdan çıxarmağa başlayıb

İŞİD qruplaşması ilə mübarizənin aktiv fazası başa çatdıqdan sonra ABŞ İraqda dislokasiya olunmuş qoşununu çıxarmağa başlayıb.

Xezerxeber.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, amerikalı hərbçilər, silah-sursat və hərbi avadanlıq Əfqanıstana göndərilir. Koalisiya İraq ərazisində İŞİD qruplaşması ilə üç ildən artıq müddət ərzində aparılan mübarizə ərzində ilk dəfədir belə bir qərar qəbul edib.

Qeyd edək ki, İŞİD qruplaşması ilə mübarizə üzrə Beynəlxalq koalisiya 2014-cü ilin sentyabr ayında NATO-nun sammitində ABŞ-ın təşəbbüsü ilə yaradılıb. Birləşmiş Ştatların məlumatına əsasən, Böyük Britaniya, Avstraliya, İordaniya, Fransa, Danimarka, Niderland, Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, 60 ölkə koalisiyanın səylərini dəstəkləyir.

Donald Tramp 2017-ci ilin dekabrında ölkəsinin İraq və Suriyada İŞİD üzərində qələbə qazandığını elan etmişdi.

Xəbər lenti