Xəzər Xəbər

Ərdoğan Fransisklə görüşüb

Dünya | 13:42 • 5 Fevral 2018
Ərdoğan Fransisklə görüşüb

Türkiyə Prezidenti Ərdoğan Vatikana səfər edib.

Xezerxeber.az-ın "TRT Haber”ə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Ərdoğan Roma Papası Fransisklə görüşüb.

Ərdoğanın Vatikanda digər rəsmilərlə də görüşü nəzərdə tutulub.

Görüşlərdə Türkiyə-Vatikan münasibətləri, Qüds məsələsi, regional problemlər, Suriyada yaşanan hadisələr, terrorla mübarizə kimi mövzular müzakirə olunacaq.

Vatikandakı görüşlərdən sonra isə Ərdoğan Romada İtaliya prezidenti Sergiyo Mattarella ilə görüşəcək.

Qeyd edək ki, Ərdoğanın bu səfəri 59 illik fasilədən sonra Türkiyədən Vatikana prezident səviyyəsində edilən ilk ziyarət hesab olunur.

Vatikanı ziyarət edən ilk Türkiyə prezidenti isə Calal Bayar (1959-cu il) olub.

Xəbər lenti