Xəzər Xəbər

Dağıstanın hökümət başçısı və müavinləri saxlanıldı

Dünya | 13:05 • 5 Fevral 2018
Dağıstanın hökümət başçısı və müavinləri saxlanıldı

Dağıstanda hökumətinin başçısı vəzifəsini müvəqqəti icra edən Abdusamad Həmidov, eləcə də baş nazirin iki müavini saxlanılıb.

Hazırda Dağıstan hökümətinin başçısının Maxaçqalada, Rusiya FTX-nin regional şöbəsində ifadə verdiyi bildirilib.

Bu gün səhər saatlarında Federal Təhlükəsizlik Xidməti və xüsusi təyinatlılar tərəfindən Abdusamad Həmidovun və onun müavinləri Şamil İsayev və Rayudina Yusufovanın evində əməliyyat axtarış tədbirləri aparılıb və onlar həbs edilib.

Əməliyyat axtarış tədbirlərinin hakimiyyət orqanlarının kompleks yoxlanılması üçün aparıldığı və sistemdə korrupsiya əleyhinə mübarizə çərçivəsində gerçəkləşdirildiyi qeyd olunub.

Dağıstanın hökumət başçısı ölkədə fırıldaqçı məmurlara şərait yaratmaqda və rüşvət almaqda ittiham olunur.

Aparılan araşdırma nəticəsində artıq arxitektura idarəsinin rəisi Maqomedrasul Qitinov həbs edilib və onun vəzifəsindən sui-istifadəyə görə 10 ilə qədər həbs ediləcəyi gözlənilir.

Xəbər lenti