Xəzər Xəbər

"Samsung"un vitse-prezidenti həbsdən buraxıldı

Dünya | 12:49 • 5 Fevral 2018
"Samsung"un vitse-prezidenti həbsdən buraxıldı

Cənubi Koreyanın "Samsung Electronics” korporasiyasının vitse-prezidenti və faktiki başçısı Li Çje Yon fevralın 5-də azadlığa buraxılıb.

TASS informasiya agentliyi xəbər verir ki, apelyasiya məhkəməsi ötən il Cənubi Koreyanın sabiq prezidenti Pak Kın Henin impiçmenti ilə nəticələnən rüşvətxorluq və korrupsiya işləri üzrə ittihamların böyük hissəsini əsassız sayaraq Li Çje Yona icrası dörd il təxirə salınmaqla 2,5 il şərti cəza kəsib.

Qeyd edək ki, 2017-ci il fevralın 17-də "Samsung Electronics” korporasiyasının 50 yaşlı başçısı 5 cinayət işi üzrə ittiham irəli sürülərək həbs olunmuşdu. Prokurorluq ona 12 il həbs cəzası tələb etmişdi./Azərtac

Xəbər lenti