Xəzər Xəbər

Moskvaya son yüz ilin rekord qarı yağdı

Dünya | 12:15 • 5 Fevral 2018
Moskvaya son yüz ilin rekord qarı yağdı

Fevralın 4-də Moskvada son yüz ilin rekord qarı yağıb. Bunu Rusiya paytaxtı merinin müavini Petr Biryukov bildirib.

Fevralın 3-4-də Moskva regionuna güclü qar və buz yağışı yağıb. Hökumətin məlumatına əsasən, təbii fəlakət nəticəsində bir nəfər ölüb. Moskvada və ətraf ərazilərdə qarın təmizlənməsi işlərinə hərbçilər cəlb olunub. Paytaxtın hakimiyyət orqanları insanlara avtomobildən mümkün qədər istifadə etməməyi məsləhət görüb və məktəblərdə məşğələləri könüllü qaydaya keçirib.

"Fobos” hava mərkəzi fevralın 4-də şəhərə 19 millimetr yağıntı düşdüyünü bildirib ki, bu da 2013-cü il rekordundan 1 millimetr çoxdur. Sinoptiklərin məlumatına əsasən, fevralın 5-də Moskvada qar yağması bir qədər səngiyəcək./Azərtac

Xəbər lenti