Xəzər Xəbər

Janet Yellen: Məyus oldum

Dünya | 12:12 • 5 Fevral 2018
Janet Yellen:

ABŞ Federal Ehtiyatlar Sisteminə (FED) rəhbərliyi başa çatan Janet Yellen ABŞ Prezidenti Donald Trampın onu ikinci dəfə FED-ə başçı seçməməsindən məyus olduğunu deyib.

"CBS” kanalına müsahibəsində J.Yellen FED rəhbərlərinin əsasən ikinci dəfə də öz vəzifəsini davam etdirdiyini xatırladaraq deyib: "Yeni dövr üçün də öz vəzifəmdə qalmaq istəyirdim. Lakin bu barədə məyus oldum”.

O FED-in yeni rəhbəri Jerome Powell də öz dəstəyini əsirgəməyib.

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Barak Obama tərəfindən FED-ə rəhbər təyin olunan J.Yellen Prezident Donald Tramp tərəfindən ikinci dəfə başçı kimi namizəd göstərilməmişdi.

FED-in ilk qadın rəhbəri olan Janet Yellen 2014-2017-ci illəri əhatə edən çox çətin keçid dövrdə Federal Ehtiyatlar Sisteminə başçılıq edib.

Analitiklərin fikrincə, J.Yellen ölkə iqtisadiyyatını tam məşğulluğa çatdıran "əla işi” sayəsində FED-in ən müvəffəqiyyətli rəhbərlərdən biri kimi tarixə düşəcək. J.Yellenin FED-ə rəhbərlik etdiyi 4 ildə xüsusilə məşğulluq sahəsində çox yaxşı iş gördüyünü düşünən ekspertlər FED-in ilk qadın başçısının müvəffəqiyyətli bir miras qoyduğuna dair həmfikirdirlər.

İqtisadi göstəricilərə görə, J.Yellen FED-in 104 illik tarixində ən müvəffəqiyyətli rəhbərlərdən biri kimi tarixə düşüb. FED-in siyasətdən müstəqil bir qurum kimi qəbul edildiyi ABŞ-da J.Yellenin ikinci dəfə rəhbərlik postuna seçilməməsi ölkə tarixində nadir rastlanan hadisələrdən biridir./Azərtac

Xəbər lenti