Xəzər Xəbər

Anastasiadis yenidən prezident seçildi

Dünya | 09:40 • 5 Fevral 2018
Anastasiadis yenidən prezident seçildi

Cənubi Kiprin hazırkı rəhbəri Nikos Anastasiadis ölkədə keçirilən prezident seçkilərində yenidən qələbə qazanıb.

"Anadolu" agentliyi xəbər verir ki, Anastasiadis seçicilərin 56 faiz səsini toplayıb. Onun rəqibi "AKEL” partiyasının nümayəndəsi Stavros Malas isə ikinci turda 44 faiz səs yığıb. Ölkə üzrə seçici fəallığı 73,97 faiz təşkil edib.

Seçkinin ilkin nəticələrinə əsasən, sağçı "DİSİ” partiyasından namizədi Nikos Anastadiadis növbəti dəfə ölkənin prezidenti seçilib.

Qeyd edək ki, Kiprin yeni prezidenti öz vəzifələrinin icrasına fevralın 28-də başlayacaq.

Xəbər lenti