Xəzər Xəbər

Türkiyəni dünyanın ən inkişaf etmiş 10 ölkəsi arasında yer almasını istəyirik - Ərdoğan

Dünya | 17:12 • 4 Fevral 2018
Türkiyəni dünyanın ən inkişaf etmiş 10 ölkəsi arasında yer almasını istəyirik -
Türkiyəni dünyanın ən inkişaf etmiş 10 ölkəsi arasında yer almasını arzulayıram. 


Xezerxeber.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Vatikan və İtaliyaya səfər etmədən əvvəl "La Stampa"ya verdiyi müsahibədə deyib. 


Ərdoğan deyib ki, hazırda Türkiyə Avropada 5-ci, dünyada isə 16-cı sıradadır. 


"Hədəfimiz ilk 10-luqda yer almaqdır",- deyə Ərdoğan deyib. 


Türkiyənin Avropa Birliyinə daxil olması ilə bağlı hazırki vəziyyəti dəyərləndirən Ərdoğan qeyd edib ki, Türkiyənin üzvlüyü daxili siyasi hesablara qurban edilməməlidir


Ərdoğan bildirib ki, Türkiyə namizəd ölkə olaraq öhdəliklərini yerinə yetirir, amma Avropa Birliyi də üzərinə düşəni etməlidir: "Hər şeydən əvvəl bizə verilən sözlərin tutulması lazımdır". 


Prezident bildirib ki, Türkiyənin arzusu Avropa Birliyinə tamhüquqlu üzv olmaqdır. Bunun xaricindəki variantlar bizi qane etmir. AB-dən gözləntimiz qarşımızdakı süni maneələri tezliklə aradan qaldırmaq və qurucu bir tutum sərgiləməkdir. Türkiyənin üzvlüyü daxili siyasi hesablara qurban edilməməlidir",-deyə Ərdoğan fikrini açıqlayıb. 

Xəbər lenti