Xəzər Xəbər

"Zeytun budağı": məhv edilən terrorçuların sayı 932-yə çatdı

Dünya | 16:31 • 4 Fevral 2018
"Zeytun budağı":
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞİD terrorçularına qarşı başlatdığı "Zeytun budağı" əməliyyatı çərçivəsində daha 5 silah-sursat anbarı və hədəf məhv edilib. 

Xezerxeber.az bildiri ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 


Bildirilir ki, dost və qardaş bölgə xalqını bu terrorçuların zülmündən qurtarmaq üçün 20 yanvar tarixində başladılan əməliyyat çərçivəsində 932 terrorçu məhv edilib. 

Azad Suriya Ordusunun iştirakı ilə birgə keçirilən əməliyyatı çərçivəsində 32 məntəqə terrorçulardan təmizlənib. Hazırda bölgəyə əlavə hərbi teknika və canlı qüvvə cəlb edilir. 



Xəbər lenti