Xəzər Xəbər

Moskvada güclü qar və külək bir nəfərin ölümünə səbəb olub

Dünya | 15:38 • 4 Fevral 2018
Moskvada güclü qar və külək bir nəfərin ölümünə səbəb olub

Rusiya paytaxtının meri Sergey Sobyan "Twitter” səhifəsində Moskvada güclü qar və küləyin bir nəfərin həlak olması ilə nəticələndiyini yazıb. Moskva ətrafında ağacın aşması bir nəfərin həyatına son qoyub. Kəskin hava şəraiti nəticəsində daha 5 nəfər xəsarət alıb. Moskva meri küçədə ağacların və elektrik xətlərinin altından keçməməyi məsləhət görüb.


AZƏRTAC xəbər verir ki, hazırda Moskvada qasırğa xəbərdarlığı elan olunub, qarın güclənəcəyi, küləyin sürətinin saniyədə 15-20 metrə çatacağı gözlənilir. Moskva hava limanlarında onlarla aviareys təxirə salınıb.

Xəbər lenti