Xəzər Xəbər

Ukraynanın 400-ə yaxın yaşayış məntəqəsi işıqsız qalıb

Dünya | 15:30 • 4 Fevral 2018
Ukraynanın 400-ə yaxın yaşayış məntəqəsi işıqsız qalıb

Ukrayna ərazisində hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində yeddi vilayətdə 400-ə yaxın yaşayış məntəqəsi işıqsız qalıb.


AZƏRTAC Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat verir ki, fevralın 3-dən 4-ə keçən gecə güclü yağış, sulu qar və külək ölkənin elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub. Təkcə Lvov vilayətində 220 yaşayış məntəqəsi işıqsız qalıb.


Ümumilikdə, 7 vilayətdə 394 yaşayış məntəqəsi işıqsız qalıb, hazırda fövqəladə vəziyyətin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir.

Xəbər lenti