Xəzər Xəbər

Cənubi Kiprdə prezident seçkilərinin ikinci turu keçirilir

Dünya | 10:07 • 4 Fevral 2018
Cənubi Kiprdə prezident seçkilərinin ikinci turu keçirilir

Bu gün Cənubi Kiprdə prezident seçkilərinin ikinci turu keçirilir.

Xezerxeber.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, səsvermə yerli vaxtla saat 7.00-da başlayıb.

Qeyd edək ki, 9 namizədin iştirak etdiyi prezident seçkilərinin ilk turu yanvarın 28-də keçirilib. İlk turda namizədlərdən ikisi - hazırkı prezident Nikos Anastasiadis və sol yönümlü AKEL partiyasının namizədi Stavros Malas müvafiq olaraq 35,5% və 30,25% səs toplayaraq ikinci tura çıxıb.

Səsvermə saat 18.00-da başa çatacaq.

Xəbər lenti