Xəzər Xəbər

Pakistanda hərbi hissəyə hücum: 11 hərbçi ölüb, 13-ü yaralanıb

Dünya | 09:41 • 4 Fevral 2018
Pakistanda hərbi hissəyə hücum: 11 hərbçi ölüb, 13-ü yaralanıb

Bu gün Pakistanın şimalında terrorçular hərbi hissəyə hücum ediblər.

Xezerxeber.az məlumat verir ki, Geo TV telekanalının hərbi mənbələrə istinadla yaydığı məlumata görə, hücum nəticəsində 11 hərbçi ölüb, 13-ü yaralanıb. Üç nəfər hadisə yerində həlak olub, digərləri sonra aldıqları yaralardan keçinib.

Terrorçu-kamikadzenin partlayıcı qurğunu hərbi hissənin idman meydançasında işə saldığı bildirilir.

İnsidentlə bağlı təhqiqat aparılır.

Xəbər lenti