Xəzər Xəbər

“Cəbhət ən-Nüsrə” məsuliyyəti öz üzərinə götürüb

Dünya | 09:31 • 4 Fevral 2018
“Cəbhət ən-Nüsrə” məsuliyyəti öz üzərinə götürüb

"Həyat Təhrir əş-Şam” (əvvəllər "Cəbhət ən-Nüsrə”-red.) terror qruplaşması Suriyanın İdlib bölgəsində Rusiyaya məxsus "Su-25” təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb. 


Bu barədə xezerxeber.az "Reuters”yə istinadən xəbər verir.

Qeyd edək ki, fevralın 3-də günorta saatlarında Suriyanın İdlib əyalətində Rusiyaya məxsus "Su-25” tipli təyyarə vurulub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, pilot katapult etməyə imkan tapa bilib, lakin silahlılarla döyüşərək həlak olub.

Təyyarənin səyyar zenit-raket kompleksindən vurulduğu bildirilir.

Xəbər lenti