Xəzər Xəbər

Türkiyə Ordusunun 7 hərbçisi həlak olub

Dünya | 09:30 • 4 Fevral 2018
Türkiyə Ordusunun 7 hərbçisi həlak olub

Türkiyə Silahlı Qüvvələrinin PKK/PYD/YPG/İŞID terror qruplaşmalarının üzvlərinə qarşı Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı” əməliyyatının növbəti günündə 7 türk hərbçisi həlak olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, 5 hərbçi Türkiyə ordusuna məxsus tankın vurulması nəticəsində, 1-i Afrindəki hərbi əməliyyatlarda, digəri isə Kilisdəki sərhəd məntəqəsinə hücum zamanı həlak olub.

Həmçinin "Zeytun budağı” əməliyyatında öldürülən terrorçuların sayı 899-a çatıb.

Xəbər lenti