Xəzər Xəbər

İran XİN: ABŞ-ın nüvə doktrinası bəşəriyyətin məhvinə gətirib çıxara bilər

Dünya | 09:26 • 4 Fevral 2018
İran XİN: ABŞ-ın nüvə doktrinası bəşəriyyətin məhvinə gətirib çıxara bilər

ABŞ-ın nüvə doktrinası bəşəriyyətin məhvinə gətirib çıxara bilər. 

Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.

"ABŞ-ın nüvə doktrinası, nüvə silahının yayılmaması müqaviləsinə zidd olaraq, nüvə silahından ciddi asılılığı əks etdirir. Beləliklə, bu doktrina bəşəriyyəti tam məhvə yaxınlaşdırır. Təəccüblü deyil ki, biz 1953-cü ildən bu vaxtadək dünyanın sonuna daha çox yaxınlaşmışıq”, - deyə Məhəmməd Cavad Zərif qeyd edib.

"ABŞ prezidenti Donald Trampın İrana dair Hərtərəfli Birgə Fəaliyyət Planını ləğv etdirməkdə göstərdiyi inadkarlığı həmin ağılsızlıqdan irəli gəlir”, - deyə M.Cavad Zərif qeyd edib.

Qeyd edək ki, fevralın 2-də dərc edilən yeni nüvə doktrinada ABŞ Rusiya, Çin və KXDR-i Asiya-Sakit Okean regionunda təhlükə adlandırıb.

Xəbər lenti