Xəzər Xəbər

Bəşər Əsəddən Türkiyəyə JEST Terrorçuların 7 şərtlik TƏKLİFİ RƏDD EDİLDİ

Dünya | 14:21 • 3 Fevral 2018
Bəşər Əsəddən Türkiyəyə JEST

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı” əməliyyatında ardıcıl zərbələr alan PKK-nın Suriya qolu PYD/YPG Dəməşq ilə razılaşmaq üçün cəhdlərini davam etdirir.

”Habertürk” nəşri xəbər verir ki, PYD/YPG Suriya kəşfiyyatı ilə 9 dəfə birbaşa, 1 dəfə isə bölgədəki ərəb tayfalarının vasitəsilə görüşüb.

İddiaya görə, Afrini 7 şərtlə Dəməşqə təhvil vermək istəyən terror təşkilatı mərkəzə bağlı güclü yerli idarəçilik modelinin verilməsini tələb edib. Lakin Suriya hakimiyyətinin heç bir şərti qəbul etmədiyi, əksinə terror təşkilatının çətin vəziyyətindən istifadə edərək Deyr-ez-Zor və Rakkanın da Afrinlə birlikdə təhvil verilməsini tələb edib. Terror təşkilatı isə Deyr-ez-Zor və Rakka şəhərləri ilə bağlı özü qərar vermədiyini bildirərək ABŞ-ı işarə edib.

Xatırladaq ki, PYD-nin Afrinin Dəməşqə verilməsinə razı olduğunu daha əvvəl Afrindəki iki mənbə Rusiyanın "İzvestiya” nəşrinə bildirib.

"Biz şəhəri və Afrini əhatə edən rayonları verməyə hazırıq. Amma bu halda bizim maraqlarımızın zərər görməyəcəyi barədə zəmanət lazımdır”, - Rusiya nəşrinin həmsöhbətlərindən biri deyib.

Lakin sonradan Kürdlərin Federal Milli-Mədəni Muxtariyyəti Şurasının sədri Fərhad Patiyev Afrini Suriya rəhbərliyi və ordusunun nəzarətinə vermək üçün danışıqlar aparmadığını bildirib:

"Kürdlərin Afrini Suriya rəhbərliyinə vermək meylində olduğuna dair mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir. "Şimali Suriya Federasiyası"nın statusu rəsmi olaraq tanınmayana qədər rejim qüvvələri Afrində sərbəst hərəkət edə bilməz".

Qeyd edək ki, "Zeytun budağı” əməliyyatı yanvarın 20-də başlayıb./publika.az

Xəbər lenti