Xəzər Xəbər

Zəlzələ barədə əvvəlcədən məlumat verən peyk KOSMOSA GÖNDƏRİLDİ

Dünya | 12:53 • 3 Fevral 2018
Zəlzələ barədə əvvəlcədən məlumat verən peyk

Çin kosmosa zəlzələni izləyə bilən peyk göndərib. Sismo-elektromaqnetik peyk zəlzələnin elektromaqnit sahəsini ölçəcək.

Ölkənin Şinhua agentliyinin xəbərinə görə, Çin Zəlzələ İdarəsi və Çin Kosmos Texnologiyası Akademiyasının hazırladığı "Cang Hing-1" adlı peyk 2D raketiylə ölkənin şimal-qərbindəki Gobi çölündə olan Ciuçüen Peyk Uçuş Mərkəzindən kosmosa yollanıb.

Dünyadan təxminən 500 kilometr uzaqlıqdakı orbitinə yerləşəcək "Cang Hing-1" sismo elektromaqnit peyk, alimlərin dünyadakı elektromaqnit sahələri izləməyə imkan verəcək. "Cang Hing-1", Çində 6-dan, dünyada isə 7 baldan yuxarı olan zəlzələləri izləyərək yer kürəsindəki zəlzələ nəsilləri haqqında məlumat toplayacaq.

İrəliləyən dövrlərdə yer qabığında elektromaqnit dalğaların yaratdığı zəlzələlərin təxminində də istifadə edilməsi planlanan "Cang Hing-1” müxtəlif dedektorla təchiz edilib.

Digər tərəfdən Cang Hing miladdan sonra 25-220-cü illərdə baş vermiş zəlzələlər barədə də məlumatlar toplayacaq./publika.az

Xəbər lenti