Xəzər Xəbər

Dünyanın ən bahalı brendi bəlli oldu

Dünya | 11:56 • 3 Fevral 2018
Dünyanın ən bahalı brendi bəlli oldu

İnternet üzərindən satışlar sahəsində böyük "oyunçu”lardan biri olan ABŞ-ın "Amazon” şirkəti "Brand Finance” tərəfindən tərtib edilmiş dünyanın 500 ən bahalı brendi reytinqində birinci yeri tutub.

XəzərXəbər "İCTnyus"a istinadən xəbər verir ki, "Amazon” şirkəti "Əpl” və "Quql” kimi tanınmış korporasiyaları geridə qoyub. Bir ildə ABŞ-ın elektron ticarət brendinin dəyəri 42% yüksəlib, hazırda onun dəyəri 150,8 milyard dollar təşkil edir. 146,3 milyard dollaradək bahalaşmış "Əpl” brendi ikinci yerdə qərarlaşıb. Lakin mütəxəssislərin fikrincə, indi "Apple” şirkətinin perspektivləri sual altındadır. Ötən il ərzində iki mövqe geriləmiş "Google” korporasiyası hazırda üçüncü yeri tutur. İndi "Quql” brendinin dəyəri 120,9 milyard dollar məbləğində qiymətləndirilir.

İlk onluqda, həmçinin "Samsung”, "Feysbuk”, "AT&T”, "Microsoft”, ABŞ-ın "Verizon” telekommunikasiya şirkəti, "Valmart” ticarət şəbəkəsi və Çinin "ICBC” bankı yer alıblar.

"Amazon” – dünyada internet üzərindən məhsul və xidmətlərin satışını həyata keçirən ən böyük şirkətdir. 1994-cü ildə amerikalı iş adamı Ceff Bezos tərəfindən təsis edilib. Şirkətin adı Amazon çayından götürülüb.

Xəbər lenti