Xəzər Xəbər

İsrail HƏMAS-ın mövqelərini bombaladı

Dünya | 11:38 • 3 Fevral 2018
İsrail HƏMAS-ın mövqelərini bombaladı

İsrail hərbçiləri Qəzadan atılan raketlərə cavab olaraq fələstinlilərin mövqelərini atəşə tutub.

Bu barədə "RİA Novosti” məlumat yayıb.

"Ötən axşam İsrailin cənubuna atılan raketlərə cavab olaraq təyyarələr Qəza sektorunun cənub hissəsində HƏMAS-ın iki hərbi tikintidən ibarət kompleksinə aviazərbələr endirib”, - deyə İsrail ordusunun yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Qəza sektorundan edilən hücumlar nəticəsində İsrail hərbçiləri arasında xəsarət alan olmayıb. Fələstin tərəfinin itkiləri barədə məlumat verilmir.

Xəbər lenti