Xəzər Xəbər

Ərdoğanı təhlükəsizlik qüvvələrinin 3500 əməkdaşı qoruyacaq

Dünya | 17:37 • 2 Fevral 2018
Ərdoğanı təhlükəsizlik qüvvələrinin 3500 əməkdaşı qoruyacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vatikana səfəri zamanı dövlət başçısını təhlükəsizlik qüvvələrinin 3500 əməkdaşı mühafizə edəcək.

Trend-in məlumatına görə, Türkiyə lideri Vatikana səfəri çərçivəsində İtaliya Prezidenti ilə də görüş keçirəcək.

Qeyd edək ki, fevralın 5-də R.T.Ərdoğan Roma Papası Fransiskin dəvəti ilə Vatikana səfər edəcək. Bu, Türkiyə Prezidentinin son 59 il ərzində Vatikana ilk səfəridir.

Xəbər lenti