Xəzər Xəbər

Kilis və Hatay yenidən raket atəşinə tutulub

Dünya | 17:26 • 2 Fevral 2018
Kilis və Hatay yenidən raket atəşinə tutulub

Türkiyənin sərhədyanı əraziləri yenidən raket atəşinə tutulub. Afrindən Kilisə 3, Hataya isə 5 raket atılıb.

Xezerxeber.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Kilisdə biri ağır olmaqla 3 nəfər yaralanıb. Hatayın Reyhanlı qəsəbəsində isə yaralanan 10 nəfərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

Baş naziri Binəli Yıldırım bildirib ki, Afrində PKK/PYD terrorçularına qarşı aparılan əməliyyatların 12 günü ərzində Suriya ərazisindən sərhədyanı Reyhanlı və Kilis rayonlarına 82 raket atılıb. Raket zərbələri nəticəsində 5 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Bu arada Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahından verilən məlumata görə, yanvarın 20-dən - "Zeytun budağı” əməliyyatının başlanğıcından indiyədək Suriyanın Afrin bölgəsində 823 terrorçu zərərsizləşdirilib.

Xəbər lenti