Xəzər Xəbər

Misirdə yeni paytaxt qurulur

Dünya | 17:19 • 2 Fevral 2018
Misirdə yeni paytaxt qurulur

Misirdə yeni inzibati paytaxt üçün hökumət binalarının tikintisi başlayıb.

Bu barədə layihə rəhbəri Əhməd Zaki Abdin danışıb.

Onun sözlərinə görə, Misir prezidenti və Ərəb Respublikası hökuməti gələn il yarım ərzində yeni paytaxta köçəcək.

"Yeni inzibati paytaxtda dövlət qurumları 18 ay müddətinə köçürüləcək, bu prezident adminstrasiyasına, nazirlər kabinetinə və parlamentə aiddir" - deyə Abdin MENA agentliyinə bildirib.

Misirin Qahirədən 45 km şərqdə yerləşən çöldə yeni bir inzibati paytaxt qurma planı haqqında, 2015-ci ilin mart ayında mənzil tikintisi naziri Mustafa Madbuliyi xəbər vermişdi.

Tikinti ehtiyacları Misirin paytaxtının əhalisinin çox olması ilə izah olunur. Layihənin birinci mərhələsinin dəyəri 45 milyard dollar olacaq və Misir hökumətinin ilkin planlarına əsasən 2020-ci ilə qədər həyata keçirilməlidir./AzNews.Az

Xəbər lenti